Bakıda idarə işçiləri qəzaya düşdü (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Bakıda idarə işçiləri qəzaya düşdü (VİDEO)

Bakıda idarə işçiləri qəzaya düşdü (VİDEO)

Bakının Nəsimi rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Vaqif prospektilə hərəkətdə olan “KİA” markalı avtomobil Mirəli Qaşqay küçəsilə kəsişmədə Nəsimi rayon Qaz İstismarı İdarəsinin əməkdaşlarının olduğu “QAZ-3110” markalı avtomaşınla toqquşub. Toqquşmanın gücündən “QAZ-3110” markalı avtomaşın yoldan kənara düşüb və qaz kəmərini zədələyib. Nəticədə ətrafa qaz sızmağa başlayıb.

“KİA” markalı nəqliyyat vasitəsi isə toqquşmadan sonra yolun kənarında dayanan “Nissan” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “QAZ-3110” markalı avtomobildə olan iki nəfər - 61 yaşlı Nəcəfov Namaz Oruc oğlu və 30 yaşlı Əliyev Tural Lətif oğlu xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya “KİA” markalı avtomobilin sürücüsünün işıqforun qadağanedici işığına məhəl qoymaması və hərəkətini davam etdirməsi səbəb olub. Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm