Gənclərin VII Forumu öz işinə başlayıb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Gənclərin VII Forumu öz işinə başlayıb (YENİLƏNİB)

Ölkəmizdə 2011-2015-ci iləri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçiririlir: təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə gənclərim QHT-lər tərəfindən Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilib, ümumi büdcəsi 11.257.124 manat təşkil edən 327 layihəsi maliyyələşdirilib.

Publika.az-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən Gənclərin VII Forumunda çıxış edərkən söyləyib.

“Azərbaycan hökuməti 5 illik "Azərbaycan gəncliyi" Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin edib, bunun üçün 80 milyon vəsait ayırıb. VI forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254 ölkə səviyyəli, 89 beynəlxalq tədbir olub. Onlarda hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak edib. Səslənən rəqəmlər yalnız nazirliyin fəaliyyətini əks etdirir", deyə əlavə edib.

Nazir bildirib ki, 2 iyul 2013-cü il tarixində Prezident tərəfindən imzalanmış fərmanla "Gənclər üçün Prezident Mükafatı" təsis edilib ki, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyəti sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib:

"VI Forumdan keçən dövrdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi aktual məsələləri üzrə yerlərdə 1550-dən artıq müxtəlif səpkili tədbirlər həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə respublikanın 18 rayon və şəhər üzrə keçirilən kampaniyalarda 65 minədək gənc iştirak edib. 2013-cü ildə Bayraq Gününə həsr edilən "Bayraq Festivalında" təkcə Bakıda 6 mindən artıq gənc möhtəşəm flaşmobda iştirak edib. Diyarşünaslığın inkişafı məqsədilə 2012-2013-cü illərdə Respublikanın 7 rayon və şəhərlərində təşkil edilən "Azərbaycan doğma diyarımdır" adlı vətənpərvərlik yay-istirahət düşərgələrində 5 mindən artıq gənc iştirak edib. Bundan əlavə, Bakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilib ki, bu forumda 95 ölkədən 400-ədək gənc alim, doktorant iştirak edib".

A. Rəhimov çıxışı zamanı həmçinin vurğulayıb ki, Nazirlik tərəfindən "Məzun "yarmarkalarında 2006-2014-cü illərdə 5 minə yaxın vakansiya çıxarılıb, onlardan 1500 nəfəri daimi, 500 nəfər isə mövsümi və ödənişli staj işlərinə cəlb olunublar. Tələbələrə sosial dəstək göstərmək məqsədilə dövlət proqramında nəzərdə tutulan Azərbaycan tələbə kartı hazırlanıb və təmənnasız paylanıb".

Nazir çıxışının sonunda gənclərə göstərdiyi dəstəyə görə, ölkə başçısına öz təşəkkürünü bildirib. Forum iştirakçılarını təbrik edən nazir gənclərə uğurlar arzu edib.

12:52

Bu gün Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb.

Publika.az-ın məlumatına görə Forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi" 20112015-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədilə həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının himni ilə açılıb. Forumda Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Forumada 1739 nümayəndə iştirak edir.

Tədbirdə Azərbaycan gənclər siyasəti ilə bağlı videoçarx nümayiş edilib.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm