Təhsil İdarəsinə yeni təyin olunan jurnalist danışdı
Bizi izləyin

Qırmızı.az

Təhsil İdarəsinə yeni təyin olunan jurnalist danışdı

Vaxtilə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, lakin hərbi xidmət müddətini başa vurduqdan sonra bu ilin fevralın ayından ehtiyata buraxılan Təranə Məmmədova yeni işlə təmin olunub.

T. Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, o Bakı Şəhəri üzrə Təhsil İdarəsində baş məsləhətçi kimi çalışacaq.

“Artıq 20 gündən çoxdur yeni vəzifəmdəyəm. Təhsil sahəsində işləmək isə çox yaxşıdır. Bu da əvvəlki işim kimi bir istiqamətlidir və mənə çox yaxındır”.

T. Məmmədova yeni vəzifəsində 21 illik təcrübəsinə əsasən vətənpərvərlik dərslərinin təşkilində məktəblərə yardımçı olacağını deyib:

“Etiraf edək ki, hazırda məktəblərdə vətənpərvərlik səviyyəsi aşağıdır, ona görə də bu istiqamətdə işləmək lazımdır. Bu vaxta qədər bu istiqamətdə işlər görülüb, lakin bundan sonra fəaliyyətimiz daha da genişlənəcək. Hərbi hissələrlə əlaqələrimiz genişlənəcək. Bu istiqamətdə uşaqlarla bağlı yeni planlar var və məqsədimiz gənc nəslin vətəni sevməsi, vətənə bağlı olmasını təbliğ etməkdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm