Soma üçün yığılan ianələri oğurladılar – Fotolar
Bizi izləyin

Qırmızı.az

Soma üçün yığılan ianələri oğurladılar – Fotolar

Faktura ödəməyə gələn iki qadın Soma zərərçəkənləri üçün yığılan pulu oğurlayıblar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Hələ ki şəxsiyyəti məlum olmayan iki qadın su fakturasını ödəmək üçün faktura ödəniş mərkəzinə gəlib.

Qadınlardan biri kassada əyləşən xanımın başını qatıb, o biri qadın Soma zərərçəkənləri üçün qoyulan ianə qutusunu götürüb. Kifayət qədər soyuqqanlı davranan oğrular daha sonra mərkəzdən ayrılıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm