Sabah da yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah da yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında iyunun 5-də havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 15-20, gündüz 18-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm