• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Adil Əliyev deputat oğluna son xəbərdarlığını etdi – ÖZƏL

Adil Əliyev deputat oğluna son xəbərdarlığını etdi – ÖZƏL

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, Milli Məclisin deputatı Adil Əliyev millət vəkili Elton Məmmədovun oğlu Elnur Məmmədov tərəfindən “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışları”nın gələcəkdə də təşkil olunma ehtimalı ilə bağlı məsələyə münasibət bildirib.

Deputat A.Əliyev Publika.az-a açıqlamasında qarşı tərəfin edilən xəbərdarlığa məhəl qoymamasını istisna etməyib: “Hələ ki bilmirəm, onlar nə dərəcədə bu işi dayandırıblar. Ancaq burada söhbət ondan gedir ki, Azərbaycan Kikboksinq Federasiyası rəsmi olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb, Gənclər və İdman Nazirliyi tərəfindən isə tanınır. Yəni, Kikboksinq Federasiyası Azərbaycanda bu idman növünü təmsil edən yeganə təşkilatdır. Bura müxtəlif versiyalar da daxildir. Kikboksinq bunun adıdır, ancaq bu idman növü həvəskar və peşəkar versiyalara bölünüb. Onun da öz versiyaları mövcuddur.

“K-1” də son 5-10 ildə federasiyaya daxil edilib. “K-1” artıq ölmüş təşkilatdır. Çünki bunun yaradıcıları müflis olublar. “K-1” idman federasiyası deyil, özəl şirkətdir. Yəni, “K-1”in açıqlaması Kikboksinq-1 deməkdir. Burada kikboksçular arasında idmançıların seçimi gedir. Sabah istənilən adam da gedib misal üçün “V-1”, “V-3” adında şirkət aça, kikboksçu idmançılarla da danışıb 100 min mükafat fondu təşkil edib idman yarışı keçirə, şou təşkil edə və pul qazana bilərsən. Yəni bu, özəl şirkətdir və pul qazanmaq üçün bu cür yarışlar təşkil edir”.

İndi dünyada “Superkombat” yaranıb və “K-1”i də ötüb-keçib. Bu da özəldir və kikboksçular arasından seçib yarışlar keçirir. O zaman sabah da “Superkombat”in nümayəndəsi gəlib deyəcək ki, mən də Azərbaycanda federasiya açıram. Bəs onda nə oldu? Belə şey olar? Gündə biri gəlib federasiya açacaq?

Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan, əslində, bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi. Lakin bu yarışı keçirən şəxslər Gənclər və İdman Nazirliyinə müraciət ediblər, nazirlik isə onlara bildirib ki, gedin Azərbaycan Kikboksinq Federasiyasından icazə alın. Lakin “K-1”i Bakıya gətirən adamlar bizi saymadılar və yarışı keçirdilər. Mən də bunlara öz etirazımı açıq formada bildirdim”.

A. Əliyev qarşı tərəfə son xəbərdarlığını da edib: “Bunun cəza mexanizmi də var. Bu gün bizim məhkəmə sistemimiz var. Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu, məhkəmə predmetinə çevriləcək. Mənim Gənclər və İdman Nazirliyi ilə də danışığım olub. Odur ki, Gənclər və İdman Nazirliyi bunlara ikinci dəfə belə yarış keçirməyə icazə verməyəcək.

“K-1” mənə neçə illərdir deyir, gəl müqavilə bağlayaq və Bakıda yarış keçirək. Ancaq mən onlarla bu razılığa getməmişəm. Əvvəla, mənim elə imkanım da yoxdur ki, “K-1” yarışını keçirim. Yarışın səviyyəsi, o yarışda verilən bahalı viski və siqarın səviyyəsi ilə ölçülmür. Yarışın səviyyəsi idmançıların adından bəlli olmalıdı. Yarışın adını və imicini idmançılar qaldırır. Yoxsa ki, mən yarışda konsert təşkil edim, bahalı içkilər və siqarlar qoydurum, sonra da deyim ki, mən yüksək səviyyədə yarış keçirə bilirəm. Həmin yarışı keçirənlərin səviyyəsi də göz qabağındadır. O yarışı keçirən idmançı indi tutulub. Halbuki həmin idmançını vaxtilə biz qovmuşuq.

İndi onlar bu yarışı təkrar keçirmək üçün bizdən razılıq almalıdırlar. Əks halda, bu mümkün deyil. Mən inanmıram ki, daha bizim razılığımız olmadan yarış keçirilsin”.

Qeyd edək ki, Milli Məclisin deputatı Adil Əliyev Publika.az-a geniş müsahibə verib. Həmin müsahibə ilə buradan tanış ola bilərsiniz:http://publika.az/p/22360

Xəbər lenti

DAHA ÇOX XƏBƏR