Bakıda 2 yük maşını toqquşdu: Yaralılar var
Bizi izləyin

Qırmızı.az

Bakıda 2 yük maşını toqquşdu: Yaralılar var

Bakının Səbail rayonunda iki yük maşının toqqşmasın ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakının Səbail rayonunda iki yük maşının toqqşmasın ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Salyan şossesinin 4-cü kilometrliyində, 20-ci sahə kimi tanınan ərazidə qeydə alınıb. Qəza zamanı sürücü Məhəmməd Əsgərov idarə etdiyi “SHACMAN” markalı yük avtomobili ilə Bayıl qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını işıqforda dayanan digər eyni markalı yük maşınına çırpıb.

Qəza nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Yaralı sürücü isə qəzadan sonra əzilən avtomobilin içində sıxılmış vəziiyyətdə qalıb. O, hadisə şahidləri tərəfindən yük maşınından çıxarıldıqdan sonra təcili yardım briqadasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Digər yük maşının sürücüsü isə izahatının alınması üçün polis idarəsinə aparılıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə Məhəmməd Əsgərovun idarə etdiyi yük maşının əyləc sistemində yaranan nasazlıq səbəb olub.

Qəzadan sonra hadisənin baş verdiyi yolda bir müddət tıxac yaranıb. Hadisə yerində olan yol-patrul xidməti əməkdaşdları nəqliyyatın hərəkətini tənzimləyəndən sonra tıxac aradan qaldırılıb və yolda maşınların normal hərəkəti bərpa olunub.

Faktla bağlı səbail rayon polis idarəsində araşdırma aparılır. Həmçinin qəzanın səbəblərini müəyyən etmək üçün müvafiş olaraq avtotexniki və tibbi ekspertizalar da təyin edilib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm