TQDK-nın regional bölməsi ləğv edilib
Bizi izləyin

Qırmızı.az

TQDK-nın regional bölməsi ləğv edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba şəhərindəki regional bölməsi ləğv edilib.

Nazirlər Kabinetindən daxil olan məlumata görə, bunun səbəbi “Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında” qərarında dəyişikliklə bağlıdır.

Dəyişikliyə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba şəhərindəki regional bölməsi ləğv edilib, Xaçmaz şəhərində regional bölməsi yaradılıb.

Xaçmaz regional bölməsində ştat vahidlərinin sayı 3 vahid müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm