Ded Xasanın qohumuna 7 il iş verildi
Bizi izləyin

Qırmızı.az

Ded Xasanın qohumuna 7 il iş verildi

Ded Xasanın qohumuna 7 il iş verildi

Moskvanın Butirka Məhkəməsi quldurluq maddəsi ilə ittiham olunan avtoritet Timur Kaloi barəsində hökm çıxarıb. Rusiya kriminalitetinin “xaç ata”sı, bir müddət əvvəl qətlə yetirilmiş Ded Xasanın qohumu olan Kaloi zərgər sexinə hücum etməkdə və 47 milyon rubl oğurlamaqda ittiham edilir.

Kaloi ilə birgə cinayətdə iştirak edən qruplaşma üzvləri Muraz Bakoyan və Merab Marqaniyanın da barəsində həbs qətimkan tədbiri seçilib. Kaloi 7 il həbs cəzası alıb.

Qruplaşmanın lideri, 29 yaşlı Timur Kaloi (ləqəbi Timur Arxangelski) milliyyətçə yezidi kürddür. Onun babası da, əmiləri də “vor zakon” olub. Kaloi həm də Aslan Usoyanın (Ded Xasan) uzaq qohumudur.

O, ilk dəfə 2004-cü ildə Arxangelskdə soyğunçuluq maddəsi ilə həbs olunur. Ancaq şərti cəza almaqla canını qurtara bilir. Az sonra quldurluq maddəsi ilə yenidən həbsxanaya girib və bu dəfə uzun müddət orda qalmalı olur.

Həbsxanadaykən Timur nüfuzlu avtoritetlər – Viktor Pantyuşin (ləqəbi Pan), Valeri Mitin (Motılyok) və Tengiz Pirveli (Tenqo) ilə tanış olur. Onlara babasının və əmilərinin yolu ilə gedəcəyini, yəni oğru qanunları ilə yaşayacağını bildirir.

2012-ci ildə həbsdən çıxandan sonra Ded Xasanın yaxın ətrafından sayılan, “kriminal generalı” Valeri Farizov (ləqəbi Kürd Valera) Timuru öz himayəsinə götürür. Onun başçılığı altında Kaloi öz qruplaşmasını yaradır. Merab və Murazı da bura cəlb edir. Maraqlıdır ki, Muraz Bakoyan Rusiya estradasında az-çox tanınan müğənnilərdən olub. Alla Puqaçovanın teleproyektlərində iştirak edib. Ancaq görünür, oğru həyatı ona səhnədən daha maraqlı gəlib.

Kaloinin qruplaşması bundan sonra gizli zərgər sexlərini soymağa başlayır. Kürd Valeranın həyat yoldaşının qızıl-brilyant biznesi ilə yaxşı əlaqələri olduğundan onlar hansı zərgərlik sexində daha çox pul və xammalın olduğu barədə məlumata malik idilər. Sexlər qeyri-qanuni fəaliyyət göstərdiyi üçün onlardan bir çoxunun sahibi qarətlə üzləşsə də, polisə şikayət etmirlər.

Timur Kaloi əldə edilən gəlirlərdən Ded Xasanın “oğru obşakı”na mütamadi olaraq xeyli pul köçürür. Bunun sayəsində oğru “sxodkası”nda (toplantısında) onun “tacqoyma” mərasimi barədə məsələ qaldırılır. Lakin 2013-cü ildə Ded Xasan snayperlə vurulur və Timurun “vor zakon” adı alması törəni təxirə düşür.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm