Qırmızı.az
Toyda mahnı üstündə qan töküldü
Ötən gün Balakən rayonunda keçirilən toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, insident Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində qeydə alınıb.
Belə ki, toyda bir neçə nəfər musiqi çaldırmaq və oynamaq üstündə
mübahisə ediblər. Dalaşanlar 1978-ci il təvəllüdlü Bayram Muxtar
oğlu Vəliyev, 1962-ci il təvəllüdlü Həsən Vahid oğlu Mirəliyev və
daha bir neçə şəxsin arasında yaranıb.
İçkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq
götürərək toy məclisinə geri qayıdıb. O, mübahisə etdiyi Bayram
Vəliyevə bıçaqla bir neçıə zərbə vurub.
Bundan sonra H.Mirəliyev B.Vəliyevin bacanağının anası, 1953-cü il
təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan
daxilə nüfuz edən bıçaq zərbəsi vurub. Yaralılar ağır vəziyyətdə
Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Toyda qan tökən Həsən Mirəliyev hadisə yerində qaçıb. Lakin Balakən
rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı
Həsən Mirəliyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Həsən Mirəliyev ömrünün 33 ilini
məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu