Məmur qızını belə döydülər – Şəmkirdəki davanın gizlinləri – (VİDEO+FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Məmur qızını belə döydülər – Şəmkirdəki davanın gizlinləri – (VİDEO+FOTOLAR)

Dünən saytımızda Nazirlər Kabinetinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Teyyub Nəsirovun övladları Saleh Nəsirov, İnsaf Nəsirov, Məryəm Nəsirovanın Rauf Kazımov adlı şəxsi döyməsiylə bağlı məlumat vermişdik. Sonradan məlum olmuşdu ki, Məryəm Nəsirova (Kazımova) Rauf Kazımovun oğlu Raul Kazımovun keçmiş həyat yoldaşıdır və bütün bunların baş vermə səbəbi də məhz cütlüyün ayrılmasıdır.


Bu gün isə AzNews.az-ın əməkdaşı məlum qalmaqalla bağlı qarşı tərəfin də mövqeyini öyrənib. Teyyub Nəsirovun qızı Məryəm Nəsirova (Kazımova) Kazımovların dediklərini təkzib edən ilginc faktlar açıqlayıb.




Qaynana, qaynana, Lyudmila...


M.Nəsirova deyir ki, Raul Kazımovla 2004-cü ilin oktyabr ayının 1-də sevərək ailə qurub və bu izdivacdan iki övladları dünyaya gəlib: “Əvvəllər Raul Kazımovla çox yaxşı münasibətlərimiz olub, bir-birimizi başa düşmüşük. Qaynanam Lyudmila Kazımova işimizə qarışandan sonra isə hər şey dəyişdi. Çünki Raul anasının dediyindən başqa heç kimin fikrinə qulaq asan adam deyil. Münasibətlərimiz gərginləşəndən sonra dəfələrlə ərimin yanında qayınatam və qaynanam tərəfindən ağır ifadələrlə təhqir olunmuşam. Amma bu barədə valideynlərimə məlumat verməmişəm. Elə bir ailədə böyümüşəm ki, heç vaxt belə sözləri qulağım eşitməyib”.



Pik hədd


M.Nəsirova bildirir ki, təxminən 9 il Lyudmila Kazımova başda olmaqla, ailənin bütün kaprizlərinə dözüb və nəhayət, hadisələr pik həddə çatandan sonra - 2013-cü ilin noyabr ayında məcburən bu barədə atasına məlumat verib.




Raul Kazımov mətbuatı aldadıb?


Keçmiş həyat yoldaşı deyir ki, Raul Kazımovun məsələ ilə bağlı mediaya dedikləri dezinformasiyadır: “O məni elə təqdim edib ki, özümü nazir, yaxud deputat qızı kimi hiss etdim”.

2013-cü ilin noyabrından 2014-cü ilin martına qədər davam edən bu gərginlik onunla nəticələnib ki, tərəflər Gəncə Şəhər Polis İdarəsində üz-üzə gəliblər. Polisdə uşaqların iki ay atasıyla qalmağına razılıq əldə edilib. Razılaşmaya görə, may ayında -dərs ili bitəndən sonra Məryəm Kazımova Şəmkirə - Raul Kazımovun evə gedərək övladlarını Bakıya, yay tətilinə gətirməliymiş. Amma: “Uşaqları gətirmək üçün Şəmkirə getdim. Evə çatan kimi qaynanam Lyudmila Kazımova qışqırmağa başladı ki, “Rauf, Natellanı oğurlayırlar”. Hay küy düşdü. Qızımı səs-küydən kənarlaşdırmaq istəyəndə üstümə hücum çəkdilər, sonra məni döyməyə başladılar. Paltarlarımın cırıq-cırıq edildiyi, özümə yetirilən xəsarətlər sizə göndərdiyim videoda və fotolarda əksini tapıb. Yalnız bundan sonra qardaşlarım məni müdafiə etmək üçün araya girdilər. Yəni hər şey onların dediyi kimi baş verməyib və Rauf Kazımovun müəyyən xəsarətlər alması qardaşlarımın məni müdafiə etməsi anında baş verib”.


Teyyub Nəsirov yeznəsini işə düzəldibmiş


M.Nəsirova atasının adının bu məsələdə hallanmağını istəməsə də, bildirir ki, Raul Kazımovu məhz Teyyub Nəsirov Sərhəd Qoşunlarına işə düzəldibmiş: “Mənim atam Teyyub Nəsirovun bu məsələlərə heç bir aidiyyəti yoxdur və onun adının hallanmasını istəmirəm. Çox təəssüf ki, ailə qurandan sonra Raulun “ana uşağı” olduğun bildim. Mənim atam onu Sərhəd Qoşunlarına işə düzəltdi. Bu da onun “çox sağ ol”udur. Biz artıq Şəmkir polisinə şikayət etmişik, məsələ araşdırılır. İzahat da vermişik. Qarşı tərəf də polisə müraciət edib”.










Oxumağa davam et
Reklam
Reklam

Gündəm