Güçlü külək Zərdabı işıqsız qoydu
Bizi izləyin

Qırmızı.az

Güçlü külək Zərdabı işıqsız qoydu

Güclü külək Zərdab rayonunda ciddi fəsadlar törədib.

Dünən axşam saatlarında rayon ərazisində əsən külək rayonun 15 kəndini işıqsız qoyub. Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərovun Publika.az-a verdiyi məlumata görə, güclü külək nəticəsində 30-a qədər evə, yardımçı tikiliyə ziyan dəyib.

“Külək evlərin dam örtüyünü dağıdıb, bəzi yardımçı tikililər tamamilə dağılıb. Bəzi təsərrüfat sahələrində ağacları kökündən çıxarıb.

15-ə yaxın kənddə elektrik enerjisinin verilməsində problem yaşanıb, lakin hazırda elektrik bərpa edilib.Ən çox zərər İsaqbağı, Dəkkəova, Böyükdəkkə kəndlərinə dəyib”.

A.Səfərovun sözlərinə görə, yaranmış vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Onlar əraziyə baxdıqdan sonra fəsadlar aradan qaldırılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm