Əhaliyə xəbərdarlıq: Qeyri-çimərlik sahələrdə ehtiyatlı olun
Bizi izləyin

Qırmızı.az

Əhaliyə xəbərdarlıq: Qeyri-çimərlik sahələrdə ehtiyatlı olun

Sularda Xilasetmə Xidməti əhaliyə müraciət edib. Xidmətinin Təbliğat-təşviqat şöbəsinin müdiri Mənsur Piriyev Publika.az vasitəsilə əhaliyə müraciət edərək onları qeyri-çimərlik sahələrində çimməməyə çağırıb.

Onun sözlərinə görə, çimərlik mövsümü başlayandan bu günə qədər çimərlik ərazisində boğulma halları qeydə alınmayıb.

“Qeyri-çimərlik sahəsində çimmək qəti qadağandır. Son günlərdə baş verən boğulma hadisələri məhz bu cür yerlərdə – kanallarda, çaylarda və qeyri-çimərlik sahələrində baş verib. Əhaliyə müraciət edirik, qeyri-çimərlik sahələrində çimməsinlər, əks halda, faciəvi sonluq qaçılmazdır”.

Xatırladaq ki, iyunun 8-də çimərlik mövsümünə start verilib.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm