Qırmızı.az
Ramiz Mehdiyev ciddi tapşırıqlar verdi
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən gün baş verən təbii fəlakətlə bağlı rayon icra hakimiyyətlərinə və müvafiq qurumlara ciddi tapşırıqlar verib.
Bu barədə AzVision.az-a eksklüziv açıqlamasında Daşkəsən rayon İcra
Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məlumat
verib.
Leysan və dolu yağışlarının Daşkəsən rayonuna ciddi ziyan vurduğunu
deyən Ə.Abıyev təbii fəlakətlə bağlı Fövqəladə Hallar Nazirliyində
və Prezident Administrasiyasınnda görüşlər keçirəcəyini deyib.
“Mən hadisə ilə bağlı Prezident Administrasiyasının rəhbərinin
müavini Zeynal Nağdəliyevə məlumat vermişəm. O da bununla bağlı
rəhbərliyi məlumatlandırıb. Qısa müddətdə hər şey bərpa olunacaq.
Ziyanın ödənilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Nazirlər
Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və eləcə də Maliyyə
Nazirliyinə ciddi tapşırıqlar verilib. Hadisə barədə Ramiz
Mehdiyevə də məlumat verilib, o da müvafiq tapşırıqlar verib”-deyə
icra başçısı qeyd edib.
Ə.Abıyevin sözlərinə görə, bölgələrdə baş verən təbii fəlakət
birbaşa Fövqəladə Hallar Nazirliyi, şəxsən nazir Kəmaləddin
Heydərovun nəzarətindədir.
“Bu məsələ Prezident Administrasiyasının da diqqətindədir. Hazırda
özüm də Bakıdayam. Dolu yağışı ilə bağlı görüntüləri gətirib
Fövqəladə Hallar Nazirliyinə və baş nazirin müavini Abid Şərifova
təqdim etmişəm. Zeynəl Nağdəliyevlə də danışmış ki, dəyən ziyan
bərpa olunsun. Hazırda nə qədər maddi ziyan dəydiyi barədə dəqiq
məlumat yoxdur. Amma komissiya yaradılıb və komissiya bu işlə ciddi
məşğuldur”.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq