Qırmızı.az
ARDNŞ-dən 800-dək neftçinin ixtisarıyla bağlı - AÇIQLAMA
“Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb”.
Bunu Axar.az a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev tabeliklərində olan iki zavodda 800-ə yaxın işçinin ixtisara düşəcəyi ilə bağlı məlumata açıqlama verərkən deyib. Onun sözlərinə görə, adı çəkilən “Azərneftyağ” və Heydər Əliyev adına Neft Emalı zavodlarında hər hansı bir struktur dəyişikliyi qeydə alınmayıb:
“Bu gün “Azərneftyağ” və Heydər Əliyev adına Neft Emalı zavodlarında işçilərin ixtisarı ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Həmin adı çəkilən idarələr ilə əlaqə saxlamışam. Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb. Heç bir işçiyə heç bir söz deyilməyib”.
Amma ARDNŞ rəsmisi struktur dəyişikliyinin aparılacağını deyib:
“Dövlət Neft Şirkətində zaman-zaman struktur dəyişiklikləri aparılır. Bunun başlıca səbəbi şirkətlərimizin beynəlxalq şirkətlər səviyyəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Və ona görə də şirkət və idarələrin strukturları üçpilləli sistemdən ikipilləli sistemə keçməlidir. Bu da təbii ki, müəyyən işçilərin sərbəstləşməsinə gətirib çıxarır. Struktur təkmilləşdirilməsi davam edəcək. Amma konkret olaraq hansı idarədə və hansı səviyyədə olacağı bəlli deyil”.
Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ARDNŞ-in tabeliyindəki zavodlarda ixtisarların olacağı ilə bağlı informasiya yayıb. Hüquq müdafiəçisi bildirib ki, aparılacaq struktur islahatları ilə bağlı “Azərneftyağ” neft emalı zavodundan 420, Neft Emalı zavodundan isə 300-dən artıq işçi ixtisara düşəcək. Ümumilikdə isə ilin sonunadək neft sektorunda 1500-ə yaxın neftçi işini itirəcək.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq