Qırmızı.az
Bu il də müəllimlərə təyinat verilməyəcək
“Ali məktəbi bitirəndən sonra müəlimlərin sovet təcrübəsində olduğu kimi təyinatları bərpa olunmayacaq, bu, nəzərdə tutulmayıb”.
AzVision.az xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bildirib. Müəllimlərin təyinat məsələsinə toxunan nazir vurğulayıb ki, ümumiyətlə bu sistemin olması sosial iqtisadi kontekstdən asılıdır.
“Bu, mərkəzləşmiş, planlı yanaşma olduğu təqdirdə həyata keçirilə
bilər. Məsələn, müasir Azərbaycanda illuziyamız bu olmalıdır ki,
hansısa gənci onun seçdiyi yox, dövlətin seçdiyi şəhərdə, rayonda,
kənddə fəaliyyət göstərməyə məcbur etmək olar. Vətəndaşların şəxsi
azadlığı sovet təcrübəsindən kifayət qədər fərqlənir. Tamamilə
fərqli cəmiyyətdə və dəyərlərlə yaşayırıq”.
Nazir vurulayıb ki, müəllimlərin regionlarda fəaliyyətinin
stimullaşdırılması istiqamətində işlər görüləcək.
“Regionlarda, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə güzəştlər
edilir, torpaq sahələri verilir. Amma bu, kifayət etmir. Yenə də
bizim bir çox rayon və kənd məktəblərində vakansiyaların sayı
çoxdur və bu bizi narahat edir”.
Təhsil naziri daha sonra sosial şəbəkələrdə nazirliyin fəaliyyəti ilə bağlı aparılan müzakirələrdən söz açıb. M.Cabbarov rəhbərlik etdiyi qurum haqda səslənən iradları normal qarşıladığını gizlətməyib.
”Orda bütün fikirlər daha radikal xarakter daşıyır. Bu yaxşıdır, ya
pisdir bu ikinci mövzudur. Bu ona bir işarədir ki, hər bir sosiumun
öz fikirlərini hər hansı məhdudiyyət olmadan ifadə edən bir məkan
olmalıdır. Azərbaycan demokratik ölkədir. Burada senzura yoxdur.
Həmin fikirlər cəmiyyətdə qəbul olunmuş əxlaqi normaları və
qanunvericilik qaydalarını pozmursa, həmin fikirlərlə tanış olmaq,
cavab vermək bizim borcumuzdur. Proses həyata keçirdiyimiz işin
nəticəsinə yönəldilməlidir. Təhsil xüsusi bir sahədir. Burada
maraqları olan insanların sayı həddindən çoxdur. Daha yaxşı daha
düzgün ünsiyyət rolunu axtarmağa çalışırıq. Biz peşəkar şəkildə
verdiyimiz qərarların peşəkar məsuliyyətini də daşıyırıq Hamımızın
niyyətimiz eynidir. Yəqin ki biz bunun rolunu fərqli görürük. Mən
dövlət məmuruyam. Təhsil sahəsində həyata keçirdiyimiz iş mütləq
şəkildə xalq tərəfindən seçilmiş dövlət başçısının iradəsini əks
etdirir. Hansısa işləri bu və ya digər cəhətdən başa çatdıra
bilmişiksə bu bizim nailiyyətimizdir. Başa çatdıra bilməmişiksə
icraçı kimi olan qeyri mükəmməl yanaşmadan irəli gəlir. Bu məsələyə
emosional yox, peşəkar şəkildə baxın. Bundan daha məhsuldar yol
görə bilmirəm”
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər