Universitetlərdə geyim qadağasına münasibət (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Universitetlərdə geyim qadağasına münasibət (YENİLƏNİB)

“İqtisad Universitetində tələbələrin “şortik” geyinməsi ilə bağlı qadağa yoxdur. Sadəcə dünən bir türk tələbəyə “şortik”də gəldiyinə görə, mühafizə xidməti xəbərdarlıq edib”.

Bu barədə Publika.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, bu xəbərdarlıq qadağa halında deyil. Tələbənin xəbərdarlığa əməl etməyib, növbəti dəfə “şortik”də gələcəyi halda hansı tədbir görülməsinə gəldikdə, şöbədən hələ ki, belə təcrübənin olmadığını deyilər.

Universitetdən onu da bildirdilər ki, “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanır. Bu qaydalar hələ ki, müzakirə mərhələsindədir və orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunub. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olacaq, ola bilər ki, “şortik” məsələsi də ora daxil edilsin.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə yayılmış xəbərin həqiqətə uyğun olmadığını deyib.

“Bakı Dövlət Universitetində tələbələrin geyimləri ilə bağlı hər hansı qadağa yoxdur”.

Gülxar

14:27

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub.

Bu barədə Qaynar.info-ya tələbələr məlumat verib.

Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir.

Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq, qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə, sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.

Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə "səndəl"də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbə isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.

Məsələ ilə bağlı adıçəkilən təhsil ocaqlarının da mövqeyini dərc etməyə hazırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm