Nazirlik ingilis dili müəllimləri üçün layihəyə başlayır
Bizi izləyin

Qırmızı.az

Nazirlik ingilis dili müəllimləri üçün layihəyə başlayır

Nazirlik ingilis dili müəllimləri üçün layihəyə başlayır

Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsinə start verib.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində seçiləcək 300 nəfərə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqları qiymətləndiriləcək.

Fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq və beynəlxalq sertifikasiya həyata keçiriləcək. Son nəticədə müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək. Layihənin ilk mərhələsində iştirak üçün 100 nəfər ingilis dili müəllimi seçiləcək.

Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək.

Layihədə orta və ali məktəblərdə, pedaqoji kolleclərdə çalışan inglis dili müəllimləri və magistratura pilləsində inglis dilin tədrisi üzrə ixtisaslaşan tələbələr iştirak edə bilər.


Layihədə iştirak etmək istəyənlər www.madad.az veb səhifəsinə daxil olub, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” (http://www.madad.az/az/ announcement41.php) bölməsindəki ərizə formasını (https://docs.google.com/ forms/d/167To2I0LM_lF- XVqfAB7n_ OEpv1vSn8gVXRrzWTqUsE/viewform ) doldurmalıdırlar. Ərizə qəbulu yanvarın 31-dək davam edəcək.

Namizədlər Pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları,ingilis dili fənni üzrə kurikulum biliyi, müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə,

İKT savadlılığı, İKT-nin təhsildə tətbiqi üzrə bilik və bacarıqlar, tədris prosesinin idarəedilməsi üzrə bilik və bacarıqlar,peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı,layihə-əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi, müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm