Aydın Əliyev Salyanda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Salyanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 20-də saat 11:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi 136) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm