Bakı səssiz şəhərə çevrilir-Avtobuslardan maraqlı qərar
Bizi izləyin

Qırmızı.az

Bakı səssiz şəhərə çevrilir-Avtobuslardan maraqlı qərar

Bakıda avtobuslarla bağlı maraqlı qərar

Bakıda avtobuslarla bağlı maraqlı qərar verilib.

Publika.az-ın verdiyi məlumata görə, avtobus sürücülərinin verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi rəhbərliyinin tapşırığı əsasında sərnişin avtobuslarındakı siqnal qurğuları çıxarılır.

Məqsəd isə şəhərin mərkəzindəki səs-küyün azaldılmasına töhfə verməkdir. Son günlərdə Bakıda yüzlərlə avtobusda siqnal qurğuları çıxarılıb, ya da bloklanıb.

Buna baxmayaraq bəzi sərnişin avtobuslarının sürücüləri kustar üsulla siqnallardan istifadə etməkdə davam edir.

Sürücülər siqnal naqillərini sükanın üstünə çıxarılar və lazım gəldikdə naqilləri bir-birinə toxunduraraq səs siqnalının yaranmasını təşkil edirlər.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm