Göygöldə maşın piyadanı vurdu
Bizi izləyin

Qırmızı.az

Göygöldə maşın piyadanı vurdu

Göygöldə maşın piyadanı vurdu.

Göygöl rayon polis şöbəsinin tətqiqatçısı Rövşən Mürşidovun Publika.az-a verdiyi açıqlamaya görə, hadisə gecə saatlarında baş verib. "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyada, Göygöl rayon sakini 41 yaşlı Cabir Namazovu vurub. Piyada Gəncə çəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxs isə tutulub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasından Publika.az-a verilən məlumata görə, Göygöl rayon sakini 41 yaşlı Namazov Cabir baş və çanaq nahiyələrindən ağır yaralanıb. Xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm