
Ötən gün axşam saatlarında ermənilərin Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində 2 nəfər yaralanıb.
Bu barədə AzVision.az-a açıqlamasında Tovuz rayon İcra başçısının birinci müavini Mahir Həsənov məlumat verib. Onun sözlərinə görə, yaralanan sakinlərinin vəziyyəti yaxşıdır:
“İki qadın yaralanıb. Bunlardan birinin 72 yaşı, digərinin isə 45
yaşı var. Xəsarət alanlar arasında uşaq yoxdur. Hazırda hər iki
qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır”.
İcra hakimiyyəti 5 yaşlı uşağın yaralanmadığını bildirsə də yerli
sakinlər bunu təkzib edirlər.
Türkel TV (TTV) isə xəbər verir ki, Əlibəylidə atışmada yaralanan
daha 2 nəfər kənd sakinləri 72 yaşlı Qaraqız Nağıyeva və onun 5
yaşlı nəvəsi Nurcan Nağıyeva hazırda Tovuz şəhər
Xəstəxanasındadırlar. Onlar səhər saatlarında yaralanaraq
xəstəxanaya çatdırılıblar. Hazırda onların vəziyyəti stabildir.
11:17
Tovuzda güllə yarası alan sakinlərin sayı 3-ə çatıb.
Publika.az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gündən fəallaşan düşmən Tovuzun Əlibəyli kəndinin daha 2 sakinini yaralayıb.
72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan NağıyevaTovuz Rayon Mərkəzi Xəstənanasına aparılıblar. Qaraqız Nağıyeva ayaq barmaqlarından güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Nəvəsi isə ambulator müayinədən sonra evə buraxılıb.
09:48
Dünən saat 19.00 radələrindən etibarən Tovuzun Əlibəyli və Hacallı kəndləri düşmən atəşinə məruz qalıb.
Ermənilər iriçaplı silahlardan hər iki kəndi güllə yağışına tutublar. Bu zaman Əlibəyli kənd sakini, 3 övlad anası, 46 yaşlı Anayət Əliyeva qarın boşluğundan güllə yarası alıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (Kəpəz tv)