Alim faciəvi şəkildə öldü
Bizi izləyin

Qırmızı.az

Alim faciəvi şəkildə öldü

Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadəni yolu keçmək istəyərkən avtomobil vurub.


Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qaibov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm