Tovuzda ilan kişini sancdı
Bizi izləyin

Qırmızı.az

Tovuzda ilan kişini sancdı

Tovuz rayonunda ilan sancma hadisəsi qeydə alınıb.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Düzqırıqlı kəndində baş verib.

Əkin sahəsində alaq otlarını təmizləyən qadınlara hücum edən ilanı kənd sakini Ramin Babanlı tutmağa çalışsa da, o, buna nail olmayıb və ilan 31 yaşlı kənd sakininin əlindən sancıb.

Həkimlər Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhətini orta-ağır qiymətləndirir. Yaralıya ilkin yardım edildikdən sonra Respubilka Toksikologiya Mərkəzinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm