Qırmızı.az
“Aptamil” uşaq qidaları Azərbaycanda qadağan ediləcək?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzində Geni Modifikasiya Olunmuş məhsulların sınağı laboratoriyasında “Aptamil” uşaq qidaları ilə bağlı araşdırma aparılıb. Satışdan bir neçə “Aptamil” əmtəə nişanlı, taxıl qarışığı adlı məhsul laboratoriyaya təqdim edilib. Həmin məhsulların tərkibində GMO aşkarlanmayıb. Bu barədə Publika.az-a SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
Komitə rəsmisi bildirib ki, təcrübə sınaq məntəqəsinin ekspertləri Türkiyə tərəfi ilə əlaqə yaradıb, fikir mübadiləsi aparıblar.
“Müəyyən edilib ki, GMO maddəsi son istifadə tarixi 2015-ci ilin 3-cü ayına qədər olan məhsullarda aşkar edilib. Daha sonra həmin məhsullar bazardan yığışdırılıb və satışı qadağan edilib. Azərbaycan bazarındakı “Aptamil” məhsulları son istifadə tarixi 2015-ci ilin 5-ci ayına qədər olanlardır. Azərbaycan bazarında istifadə tarixi gələn ilin 3-cü ayına qədər olan məhsullar aşkar edilməyib”.
F.Talıblının sözlərinə görə, bütün bunlarla yanaşı, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən satış nöqtələrinə baxış keçirilir:
“Son istifadə tarixi 2015-ci ilib 3-cü ayınadək olan məhsul aşkarlanarsa, onun satışdan çıxarılması ilə bağlı göstəriş veriləcək. Komitənin Sertifikatlaşdırma orqanı tərəfindən “Aptamil” məhsullarının ölkədə satışı ilə bağlı uyğunluq sertifikatının olub-olmadığını araşdırır. Sertifikatı yoxdursa, sertifikatlaşdırma zamanı bütün parametrləri yoxlanacaq. İdxalçı şirkət sertifikat almayıbsa, “Aptamil” məhsullarının satışı qadağan ediləcək. Çünki məhsulların sertifikat almadan satışının həyata keçirilməsi qanunla qadağandır”.
Xatırladaq ki, Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin keçirdiyi monitorinq zamanı uşaq qidaları ilə bağlı sensasion məqamlar üzə çıxıb. Məlum olub ki, Bakıda da satışda olan “Milupa Aptamil Südlü Taxıl Qarışığı” adlı məhsulda GMO (genetik modifikasiya olunmuş) elementləri aşkarlanıb. 2014-cü ilin fevral ayında da bu uşaq qidası ilə bağlı oxşar situasiya yaranmışdı. Həmin vaxt “Aptamil PDF”i buraxan şirkət öz məhsullarını təcili toplamışdı. Dünya Səhiyyə Təşkilatı (DST) bütün dünya ölkələrinə xəbərdarlıq məktubu göndərib. Həmin xəbərdarlıqda Numil Qida Məhsulları ASC-nin istehsal etdiyi “Aptamil PDF” adlı uşaq yeməklərinin satışını təcili dayandırmaları tələb olunur. Məhsulun tərkibində GMO ilə yanaşı, yod və duzun miqdarının normadan çox olduğu bildirilib.
Gülxar
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı