Həbsxanaya kremin içində telefon keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya kremin içində telefon keçirmək istədi

Qobustan Həbsxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Jilet" üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Telman Bayramov Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm