58 nəfər Vergilər Nazirliyində işlə təmin edildi
Bizi izləyin

Qırmızı.az

58 nəfər Vergilər Nazirliyində işlə təmin edildi

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi başa çatıb.

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi başa çatıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, bu il dövlət vergi orqanlarında işə qəbul zamanı test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunub, imtahanda 1390 nəfər iştirak edib. Sayca 9-cu olan bu müsabiqədə 76 nəfər namizəd növbəti mərhələyə buraxılıb. Bundan sonra isə vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqənin 2-ci mərhələsi - namizədlərlə müsahibə keçirilib. Müsahibəni Vergilər Nazirliyinin Müsabiqə Komissiyası aparıb.

Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb, namizədlərin bilik və bacarıqları, ümumi dünyagörüşü yoxlanılıb. Hər iki mərhələni uğurla başa vurmuş 58 nəfər namizəd Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilib.

Xatırladaq ki, indiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc kadr vergi orqanlarında işlə təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm