Direktorun mayor oğlu polis sıralarından qovuldu
Bizi izləyin

Qırmızı.az

Direktorun mayor oğlu polis sıralarından qovuldu

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun oğlu Veys Veysov polis sıralarından xaric edilib.

Axar.az xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsində polis mayoru olan Veys Veysovun işdən çıxarılma səbəblərindən biri kimi atası İsa Veysovun törətdiyi cinayətlər göstərilir. Onun polis sıralarından qovulmasının əsas səbəbinin isə işinin öhdəsindən gələ biləməməsidir. V.Veysovun iş yerində dəfələrlə özbaşınalığa yol verdiyi, özündən yüksək vəzifəli şəxslərlə davranışda etik normaları pozduğu bildirilir.

Ağstafa Rayon Polis Şöbəsindən faktı təsdiqləyərək qeyd etdilər ki, Veys Veysov bir həftə öncə işdən çıxarılıb və polis sıralarından xaric edilib. Şöbədən Veysovun işdən qovulma səbəbinə aydınlıq gətirmədilər.

Xatırladaq ki, İsa Veysov mayın 26-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərlə bağlı aparılan araşdırmanın nəticəsində həbs olunub. İ.Veysova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Lakin bu gün onun azadlığa buraxıldığı barədə Axar.az etibarlı mənbəyə istinadla xəbər yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm