Sabahdan havalar isinəcək
Bizi izləyin

Qırmızı.az

Sabahdan havalar isinəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin sürəti azalacaq.

Havanın temperaturu dünənlə müqayisədə 2-3 dərəcə yüksələcək. İyunun 26-da havanın isti keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 35 dərəcəyə çatacağı gözlənilir.

Azərbaycanın Aran rayonlarında isə sabah 38 dərəcə istinin olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm