İlham Əliyev hərbi təlimləri izləyəcək
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev hərbi təlimləri izləyəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı hərbi təlimlər keçiriləcək.


Publika.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində bildirib.


Nazirin sözlərinə görə, təlimin yaxın günlərdə keçirilməsi planlaşdırılır:


“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin yaxın günlərdə irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi planlaşdırılır”,– deyə Zakir Həsənov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm