Cəbhənin Tovuz istiqamətində nə baş verir? - Xüsusi Reportaj
Bizi izləyin

Qırmızı.az

Cəbhənin Tovuz istiqamətində nə baş verir? - Xüsusi Reportaj

Son bir neçə gündür ki, bütün təmas xətti boyunca ermənilərin fəallığı müşahidə olunur. Azərbaycan ordusunun üzbə-üz mövqeləri, həmçinin yaşayış məntəqələridə

Son bir neçə gündür ki, bütün təmas xətti boyunca ermənilərin fəallığı müşahidə olunur. Azərbaycan ordusunun üzbə-üz mövqeləri, həmçinin yaşayış məntəqələridə dinc sakinlər atəşə tutulur. Erməni silahlıları günün müxtəlif saatlarında kəndləri intensiv olaraq atəş altında saxlayırlar. Bir neçə gündür baş verən güclü atışmalar zamanı hər iki tərəfdən ölən və yaralananlar olub. Hətta erməni snayperi iki gün öncə cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun bir zabitini vurub.

Atəşkəsin ən çox pozulduğu müşahidə olunan yerlərdən biridə Tərtər rayonu Qapanlı kəndidir. Demək olar ki, bu kəndin sakinləri hər gün ölüm saçan güllələrin qorxusu ilə yaşayırlar. Bu kəndin axırıncı evi ilə ermənilərin əsas nəzarət postu arasındakı məsafə cəmi 150 metr məsafədə yerləşir. Ermənilərin nəzarət postları hündürlükdə olduğundan təkcə kəndi deyil, bütün təsərrüfat sahələrini belə aydın nəzarətdə saxlaya bilirlər. Amma bütün bunlara baxmayaraq, Qapanlı sakinləri nikbindir.

Daşqın Güneyli (xüsusi olaraq publika.az üçün)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm