Cəbhədə bir əsgərimiz yaralanıb
Bizi izləyin

Qırmızı.az

Cəbhədə bir əsgərimiz yaralanıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəklikl

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tovuzdakı qaynaqlarımızdan aldığımız məlumata görə atışma zamanı ordumuzun 1 əsgəri yaralanıb. Həmin əsgər Tapdıq Əhədli hərbi hospitala yerləşdirilib. Ağsudan hərbi xidmətə çağırılan T.Əhədlinin ayağından yaralandığı bildirilir. Bundan əvvəlsə düşmən tərəfinin açdığı atəş nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyə Əhməd qızı Hüseynova ayaq nahiyəsindən yaralanıb. Əlibəyli sakinləri deyirlər ki, hava qaralandan sonra kənddəki bütün evlər düşmən tərəfindən fasiləsiz olaraq iri çaplı silahlardan atəşə tutulur. Sakinlər ordumuzun düşmənə layiqincə cavab verməməsindən də şikayətlənirlər. /Musvat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm