Tovuz sakinləri beynəlxalq təşkilatlara səsləndi
Bizi izləyin

Qırmızı.az

Tovuz sakinləri beynəlxalq təşkilatlara səsləndi

Millət vəkili Qənirə Paşayeva ermənilərin yaraladığı Tovuz sakininin anası ilə danışıb.

Bu barədə millət vəkili Publika.az-a məlumat verib.

"Bir az əvvəl Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq yaraladığı Tovuzun ön cəbhə kəndlərindən olan Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyevin anası ilə danışdım. Çox şükür ki, Elnurun vəziyyəti getdikcə yaxşılaşır. Bir az əvvəl yaralarının sarğıları dəyişdirilib və həkimlər yaxşı olacağını deyirlər. Elnurdan, bütün ön cəbhə kəndlərinin sakinlərindən və ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimizdən dualarınızı əskik etməyin".

Q. Paşayeva hərbçilərimizlə də danışdığını bildirib.

"Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir, amma təəssüf ki, məhz mülki insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır. Ön cəbhəyə yaxın ərazilərdə yanğınlar törədirlər ki, mülkü vətəndaşlara, onların təsərrüfatına zərər vursunlar. Təəssüf ki, beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamalı olan ATƏT-in Minsk Qrupu həmsədrlərindən heç bir təzyiq, sərt reaksiya olmadığını görən ermənilər mülkü vətəndaşlara qarşı vandalizm əməllərindən əl çəkmir və bu hadisə də bir daha bunu sübut edir. Sakinlər beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyir. İnanmasalar da, beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil,ədalətin yanında olun deyə səslənirlər"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm