Orta təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Orta təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanın nəticələrini elan edib. Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərsiniz.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm