• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fuad Ələsgərov polisin uğurlarından danışdı

Fuad Ələsgərov polisin uğurlarından danışdı

Müasir dövrün çağırışları destruktiv proseslərə, xüsusilə separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı və ictimai-siyasi sabitliyin təmin olunması, dövətçiliyin qorunmasında daha qətiyyətli olmağı tələb edir.

Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Əvvəlcə Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasına qətiyyətli addımlar atıb, çətin və şərəfli vəzifələrinin öhdəsindən lazımınca gəlib.

O, hər zaman ictimai asayişin və sabitliyin keşiyində dayanan və Vətənin müdafiəsində qurbanlar verən Azərbaycan polisinin əməyini yüksək qiymətləndirib:

"Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Sabitlik inkişafın əsas şərtidir. Bu gün dünyada cərəyan edən təhlükəli proseslər fonunda Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri hesab olunur. Sabitliyin təmin olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının rolu danılmazdır".

F.Ələsgərov həmçinin qeyd edib ki, son 10 ildə polis əməkdaşlarının sosial müdafiəsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam imzalanıb. Onun sözlərinə görə, bu diqqət və qayğı bundan sonra da davam edəcək.

PA rəsmisi bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan tələb və vəzifələr daxili işlər orqanları tərəfindən lazımınca yerinə yetirilir, ölkədə cinayətkarlığa qarşı mübarizə böyük peşəkarlıqla həyata keçirilir.

O, polis işçilərini peşə bayramı münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR