Bakının bir hissəsində içməli su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının bir hissəsində içməli su olmayacaq

İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə "+110 Şərq" su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar 28 yanvar 2014-cü il tarixdə gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm