Gəncədə məscid yandı
Bizi izləyin

Qırmızı.az

Gəncədə məscid yandı

Gəncənin “Qazaxlar” məscidində yanğın hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinə istinadən məlumatına görə, Təbriz küçəsində yerləşən “Qazaxlar” məscidində yanğın olub.

Yanğının qarşısını almaq üçün əraziyə bir neçə yanğınsöndürən gəlib. Hazırda alovun yaxınlıqdakı tikililərə keçməməsinin qarşısı alınır.

Yanğının hansı səbəbdən baş verməsi araşdırmalardan sonra bilinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm