• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Burada bombalar var, bizi xilas edin” - İcra başçısından “BOMBA HƏYƏCANI”

“Burada bombalar var, bizi xilas edin”  - İcra başçısından “BOMBA HƏYƏCANI”

“Sovet ordusunun vaxtilə bilərəkdən gizlədiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdə təmizlənməlidir”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov bilirib.

Onun sözlərinə görə, Bakı şəhərinin ətrafında ilk növbədə insanların yaşadığı yerlədə vaxtilə Sovet ordusunun özündən sonra buraxıb getdiyi mina və hərbi sursatlar təmizlənməlidir. A.Şərifov deyib: "Bakının ətrafında vaxtilə harda Sovet ordusu yerləşibsə, orada bilərəkdən arxasınca minalara, ayrı-ayrı partlamamış hərbi sursatlar gizlədilib. Ancaq biz o yerləri təmizləməliyik ki, insanlardan ordan istifadə etməyə başlasınlar".

A.Şərifov qeyd edib ki, Nargin adasında da Sovet dövründən qalma çoxlu mina və partlamamış hərbi sursat var: "Lakin bu gün adanın təmizlənməsi gündəlikdə deyil. Nargin adasında ərazinin mina və partlamış hərbi sursatlardan təmizlənməsi üçün böyük vəsait tələb olunur. Həm də Nargin adasında hələ ki yaşayış yoxdur. Ona görə də adada bu işlərin aparılması hələ ki nəzərdə tutulmur".

Baş nazirin müavini bildirib ki, indiyədək Azərbaycanda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) vasitəsilə istər Saloğluda, istər Ceyrançöldə, istərsə də başqa ərazilərdə minlərlə hektar torpaqlar təmizlənərək insanların istifadəsinə verilib. Artıq həmin ərazilərdə insanlar əkir, biçir, özləri üçün şərait yaradıblar:

"İki-üç ay bundan əvvəl Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı mənə məktub yazıb bildirdi ki, burada bombalar var, minalar var, bizi xilas edin. Biz də ANAMA-nı həmin əraziyə yolladıq. ANAMA vasitəsilə Lənkəran rayonunun Xəzər dənizi sahilində onlarla mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. Bununla yanaşı, hazırda Bakı ətarfında da bu cür irili, xırdalı çoxlu sayda layihələr həyata keçirilir".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR