Əlil uşaqların sayı azalıb
Bizi izləyin

Qırmızı.az

Əlil uşaqların sayı azalıb

Cari ilin 6 ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-sosial ekspert komissiyaları tərəfindən təkrar olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azalaraq 11085 nəfər təşkil edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, eyni zamanda, qeyd olunan dövrdə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi 2,9 faizdən 3,7 faizə, hissəvi reabilitasiya göstəricisi isə 0,7 faizdən 2,7 faizə yüksəlib.

ƏƏSMN-in ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son 6 ayda həmin bərpa-müalicə müəssisələrində ümumilikdə 3608 nəfərə bərpa-müalicə xidməti göstərilib ki, onların 596 nəfərini sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm