Başına ağac düşdü, öldü
Bizi izləyin

Qırmızı.az

Başına ağac düşdü, öldü

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Alekseyevka kəndində yaşayan 59 yaşlı kənd sakini Eyvaz Abdullayev araba ilə şəxsi təsərrüfatından ot gətirən zaman ağacın budağı qırılaraq onun başına düşüb.

Xaçmaz Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində Eyvaz Abdullayev dünyasını dəyişib. Mərhumun cəsədi kənd sakinlərinin köməkliyi ilə ağacın altından çıxarılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm