Qırmızı.az
Kürətrafı rayonların içməli su problemi həll olunur
İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla həyata keçirilir.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhəri və Abşeron yarımadasının su təminatını kifayət qədər yaxşılaşdırıb. Paytaxtın su təchizatında yaranmış stabillik Kür sutəmizləyici qurğular kompleksindən Abşeron yarımadasına nəql edilən suyun bir hissəsinin Kürətrafı bölgələrə yönəldilməsinə imkan yaradıb. Bu məqsədlə 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri inşa edilib, bu mənbədən Şirvan, Hacıqabul və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Kür sutəmizləyici qurğular kompleksinin emal potensialı nəzərə alınaraq bu mənbədən Saatlı və Sabirabad şəhərlərinə, eləcə də ətraf kəndlərə içməli suyun verilməsi məqsədəuyğun hesab edilib.
Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 km layihələndirilib. Kəmərin 25,7 km hissəsi 810 mm diametrli metal və polietilen, qalan hissəsi isə 500 mm, 630 mm, 710 mm, 800 mm diametrli polietilen borularla çəkilir. İndiyə qədər kəmərin 45 km-lik hissəsində işlər başa çatdırılıb.
İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyətinin yüksək səviyyədə saxlamaq və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir. Eyni zamanda, kəmərin marşrutu boyunca yerləşən kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir.
Talış-Sabirabad-Saatlı su kəmərinin inşasının ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcək. Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."