Şahzadə atdan yıxıldı
Bizi izləyin

Qırmızı.az

Şahzadə atdan yıxıldı

Monako şahzadəsi atdan yıxılıb.

Publika.az-ın məlumatına görə, Monako şahzadəsi Şarlotta Kaziraqi Parisdə keçirilən Eyfel atçılıq yarışında iştirak edib. Lakin yaddaqalan isə başqa bir məqam olub. Belə ki, şahzadə Tintero adlı atı ilə maneələri keçərkən atın ayağı onlardan birinə ilişib və şahzadəni üzərindən aşırıb. Yerə yıxılan Kaziraqi yıxıldıqdan sonra belini tutub və həkimlərdən kömək istəyib.

2009-cu ildən bəri professional atçılıqla məşğul olan şahzadə ötən ilin dekabrında uşaq dünyaya gətirdikdən sonra bir müddət kariyerasına ara vermişdi. İyun ayında isə atçılığa geri qayıdan şahzadə Monakonun Monte Karlo şəhərində keçirilən yarışın qalibi olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm