Qırmızı.az
Bakı-Quba yolunda ağır qəza: 10 yaralı
Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya avtomobil yolunda ağır
yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun 132-ci
kilometrliyində, Şabran rayonunun Gəndob kəndi ərazisində iki minik
maşınının toqquşması nəticəsində 10 nəfər ağır yaralanıb.
Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Mübariz oğlu Rzayevin idarə
etdiyi “BMW” markalı avtomaşınla 1986-cı il təvəllüdlü Ənvər Yavər
oğlu Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub.
Qəza nəticəsində sürücülər və onların sərnişinləri ağır
yaralanıblar.
Yaralılar 1968-ci il təvəllüdlü Nəzakət Əlislam qızı İbrahimova,
1982-ci il təvəllüdlü Əflatun Əhəd oğlu Aslanov, 1986-cı il
təvəllüdlü Ofelya Əhəd qızı Məmmədtağıyeva, 1986-cı il təvəllüdlü
Rəqsanə Əhəd qızı Quliyeva, 1972-ci il təvəllüdlü Vətən Nadir oğlu
Quliyev, 2008-ci il təvəllüdlü Mehriban Mehrab qızı Məmmədtağıyeva,
2010-cu il təvəllüdlü Gülsurə Vətən qızı Quliyeva və 1987-ci il
təvəllüdlü Səbinə İbrahim qızı Rzayeva xəstəxanaya
yerləşdirilib.
Yaralılardan dördünün vəziyyəti nisbətən ağırdır.
İlkin ehtimala görə, qəzaya səbəb yüksəsk sürət olub.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq