Qırmızı.az
Nazirliyin işçilərinə cinayət işi açıldı
Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə,
araşdırmalar zamanı məlum olub ki, mərkəzin vəzifəli şəxsləri
tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və
təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin -
ailə tərkibi və gəlirləri, istifadələrində nəqliyyat vasitəsinin
olması təqdim olunmayıb.
Həmçinin, hər bir ailə üzvünün məşğulluğu və digər məlumatların tam
təqdim olunmaması və ya təqdim olunan sənədlərdə göstərilən
məlumatların düzgünlüyünün yoxlanılmaması nəticəsində 258 min 550
manat məbləğində külli miqdarda dövlət vəsaitinin israf edilməsində
şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə
cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər