Qırmızı.az
Zakir Həsənov amerikalılara Qarabağdan danışdı
İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir qonaqları salamlayaraq bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.
Müdafiə naziri əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə
arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli
qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı
əlaqələrin genişlənməsindən məmnun olduğunu, bu əlaqələrin daha da
inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə
minnətdarlığını bildirib, tərəflər arasında uzun müddət davam edən
səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümünə kimi diqqətə
çatdırıb və onun genişləndirilməsinin tərəfdarı olduğunu xüsusi
vurğulayıb.
Daha sonra ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə
ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab
Riçard Morninqstar iştirak edib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi