Bakıda Su Oyunlarının keçiriləcəyi əraziyə yeni yol çəkiləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda Su Oyunlarının keçiriləcəyi əraziyə yeni yol çəkiləcək

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolunun çəkilməsi layihəsi 2015-ci ilin əvvəllərində başa çatdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə, 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir. Layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri və 5711m uzunluğunda bağlantı yolların tikilməsi nəzərdə tutulub.

Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir.

Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır.

Yeni inşa olunacaq bağlantı yolların koməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm