Qırmızı.az
Sürücü yol polisini kameraya çəkə bilər? (VİDEO)
Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən daha bir video yayılıb. ANS PRESS-in məlumatına görə, “Facebook”da yayılan videoda aydın görünür ki, yol polisi tərəfindən saxlanılan sürücü qanunları və hüquqlarını hüquq-mühafizə orqanı əməkdaşından daha yaxşı bilir.
Videoda Rusiya vətəndaşının Azərbaycan ərazisindən keçərkən yol
polisi tərəfindnə saxlanılması əks edilib. Video görüntü elə
saxlanılan sürücünün avtomobilindəki müşahidə kamerası vasitəsilə
çəkilib.
Yol polisi saxladığı sürücüdən sənədlərini alır. Daha sonra
sürücünün avtomobildəki müşahidə kamerasını söndürməsini tələb
edir. Lakin sürücü bu tələbə etirazını bildirib, çəkilişin onun
hüququ olmasını xatırladır. Daha sonra polis sürücüdən maşından
enməyi tələb edir. Sürücü də, eyni zamanda, bu tələbin qanunsuz
olduğunu deyir. Həmin sürücü polisin bölməyə dəvətini də qəbul
etmir.
Mübahisə zamanı sürücü polisə sübut edir ki, onu haqsız yerə
saxlayıb. Daha sonra yol polisi onun qonaq olmasını əsas gətirərək
qayda pozan sürücünü buraxır.
Yayılan videoda yaranan bəzi suallara cavab tapmaq üçün Baş Dövlət
Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran
Əliyevlə əlaqə saxladıq. Polis rəsinin ANS PRESS-ə verdiyi məlumata
görə, əslində sürücünün avtomobilində müşahidə kamerasının
olmasında heç bir problem yoxdur. Lakin bu o demək deyil ki,
vətəndaş həmin çəkilişdən istifadə edərək yol polisinə təzyiq
göstərməlidir.
“Müşahidə kamerası ilə çəkiliş xidmət göstərən yol polisinin
fəaliyyətinə mənfi təsir göstərməməlidir. Əgər vətəndaş çəkilişlə
polisi şantaj edirsə, bu qanunsuz əməldir”, - deyə Kamran Əliyev
bildirdi.
Qurum rəsmisinin sözlərinə görə, yol polisinin tam ixtiyarı var ki,
sürücünü maşından düşürsün. Hətta zərurət yarandığı anda polis
sürücünü polis idarəsinə, yaxud məntəqəyə dəvət edə bilər. Əgər
lazım olarsa, yol polisi müşahidə kamerası ilə çəkilən videoya da
baxa bilər.
Bundan əlavə, videodan göründüyü kimi yol polisi qayda pozan
sürücünü qeyri-şərtsiz, qonaq olduğu üçün buraxır. Bu məsələyə
aydınlıq gətirən Kamran Əliyevin sözlərinə görə, sürücün vətəndaşı
cərimə etmədən xətasını başa sala bilər.
“Bəzən sürücüyə yol verdiyi inzibati xətanı başa sala bilər. Onu
tənbeh edir, cərimə yazmadan yola sala bilər. Bu bəzən vətəndaşa
bir daha həmin qayda pozuntusuna yol verməməsinə səbəb olur”.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO