Qırmızı.az
Təhsil İdarəsindən şagirdlərin etirazına münasibət
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, təhsil infrastrukturunun optimallaşdırılması şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün əsas şərtlərdən biridir. Yay tətili dövründə bu istiqamətdə təhsilin idarəedilməsi sahəsində daha çevik modellər axtarılır, bir sıra qərarlar verilir. O cümlədən, Bakı şəhəri 49 nömrəli tam orta məktəbin rus bölməsinin fəaliyyətinin dayandırılması bu bölmədə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsi ilə əlaqədardır. Məsələn, bu məktəbin rus bölməsində 7 fənn üzrə müəllimin olmaması səbəbindən dərsə davamiyyət pozulur, nəticədə tədrisin ümumi keyfiyyəti aşağı düşür”.
Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan sorğulara cavab olaraq yaydığı məlumatda deyilir.
Məlumatda bildirilib ki, bütün bunları nəzərə alaraq, 49 nömrəli
tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan
müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək.
Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir.
Eyni zamanda, valideynlər digər ümumtəhsil məktəblərinin seçimində
sərbəstdirlər.
Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı
Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq
qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə
isə təhsilin səviyyəsi eynidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan
valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə
müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər
fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın müstəqillik tarixində tədrisin rus dilində aparıldığı məktəblər həmişə diqqət və qayğı ilə əhatə olunub. Bu göstəriciyə görə MDB ölkələri arasında Azərbaycan xüsusi yeri ilə seçilir. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrində iki xalq arasında ünsiyyət sərhədlərinin daha da genişləndirilməsində dil bilgisi xüsusi önəm daşıyır.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi