Qırmızı.az
Qardaşı oğlunu xilas etmək istəyən əminin acı aqibəti (FOTO, TƏFƏRRÜAT)
Salyan rayonunda baş verən ailə faciəsinda əmi və
qardaşı oğlu dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin
verdiyi məlumata görə, əmi Kür çayında boğulan qardaşı oğlunu xilas
etməyə çalışsa da, hər ikisi suda boğulub.
Hadisə ötən gün saat 19:00 radələrində Salyanın Babazənan yaşayış
massivində qeydə alınıb. Həmin yaşayış massivinin sakini, 44 yaşlı
Azər Əliyev uşaqların sərinlənməsi üçün öz oğlunu, qardaşı və qaynı
oğullarını götürərək Kür çayı sahilinə gəlib. Uşaqlar Kür çayında
çimərkən onun özü isə sahildə onlara nəzarət edirmiş. Elə bu vaxt
qardaşı oğlu, 13 yaşlı Samir Şahin oğlu Əliyev anidən Kürün dərin
hissəsinə düşüb.
Uşağın boğulduğunu görən Azər Əliyev qardaşı oğlunu xilas etmək
üçün pal-paltarlı özünü çaya atıb. Qardaşı oğlunu çayın
dərinliyindən çıxarmaq üçün bir neçə dəfə cəhd edib. Lakin sonda
Azər Əliyev də qardaşı oğlu ilə birlikdə çayda boğulub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan sulardan xilasetmə
məntəqəsinə məlumat verilib və hadisə yerinə xilasediclər gəlib.
Axtarışlar zamanı azyaşlı Samir Əliyevin meyiti çaydan çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib. Bir neçə saat davam edən axtarışlara
baxmayaraq, Azər Əliyevin meyitini çayda tapmaq mümkün olmayıb.
Qeyd edək ki, 3 uşaq atası olan Azər Ağabəy oğlu Əliyev Nəriman
Nərimanov adına Qazçıxarma İdarəsində qazmaçı vəzifəsində
işləyirmiş.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR