Hərbi həkim olmaq istəyənlərin diqqətinə
Bizi izləyin

Qırmızı.az

Hərbi həkim olmaq istəyənlərin diqqətinə

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplamış 19 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.

Hərbi Tibb Fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar.

Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə müraciət etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm